13 : 58 19 iyul
   
İdman

Bu gün DÇ-2018-də 4 oyun keçiriləcək

2018-06-16 10:21 Baxılıb:   23

Bu gün DÇ-2018-də növbəti oyunlar keçiriləcək.

 

Apasport.az saytının məlumatına görə, gün ərzində baş tutacaq 4 oyunla C və D qrupunda ilk tura yekun vurulacaq.

 

 

İlk olaraq Fransa ilə Avstraliya meydana çıxacaqlar. Heyət baxımından turnirin ən güclülərindən biri hesab olunan fransızlar mundialın favoritlərindən hesab olunurlar. Didye Deşamın komandası Avstraliya qarşısında turnirə uğurlu başlanğıc eləmək istəyir. Bunun üçün qələbə şərtdir.

 

Ardınca Argentina və İslandiya münasibətlərinə aydınlıq gətirəcəklər. AÇ-2016-dakı çıxışı ilə hər kəsi təəccübləndirən və yaxşı formada olan avropalılarla daimi favorit cənubi amerikalıların dueli maraqlı mübarizə vəd edir. Messi və dostlarının hədəfi çempionluqdusa, bu görüşdən mütləq 3 xalla ayrılmalıdırlar.

 

Peru – Danimarka matçının da maraqlı keçəcəyi gözlənilir. Sərt futbol oynayan danimarkalıların əsasən texnikalı və pasa söykənən çıxışı ilə parlayan Peru qarşısında nə edəcəyi maraqlıdır.

 

Günə Xorvatiya – Nigeriya görüşü ilə yekun vurulacaq. “Ölüm qrupu” adlandırılan D qrupundan çıxmağı hədəfləyən hər iki komanda xüsusilə də Avropanın müxtəlif üst səviyyəli klublarında çıxış edən oyunçularına arxalanır. Bu görüşün qalibi böyük ehtimalla qrupda ikinci yerin əsas namizədi olacaq.

 

DÇ-2018

 

I tur

 

C qrupu

 

14:00. Fransa – Avstraliya

 

Kazan, "Kazan Arena"

 

 

D qrupu

 

17:00. Argentina - İslandiya

 

Moskva, "Spartak" stadionu

 

 

C qrupu

 

20:00. Peru - Danimarka

 

"Saransk, "Mordoviya Arena"

 

 

D qrupu

 

23:00. Xorvatiya - Nigeriya

 

Kalininqrad, "Kalininqrad" stadionu

 

Bənzər xəbərlər