Ölkə içi
Metrodan istifadə edənlərin sayı artıb





2018-ci ilin yanvar-may ayında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 2 faiz artaraq 99,5 milyon nəfərə çatıb.