17 : 31 15 noyabr
   
Flaş

Xətai sakinləri Razim Məmmədova qarşı etiraza qalxdı

2018-06-18 12:24 Baxılıb:   174

Bizim istifadəmizdə olan yaşıllıqlar  və bağlar bir il bundan qabaq abadlıq məqsədi ilə dağıdıldı. İndi isə həmin ərazilər dik və dəmir örtüklərlə hasarlanaraq satılır. Orada olan ağaclar isə məhv edilir.

Bunu Milletinsesi.az-a Xətai rayon  sakinləri Razim Məmmədovun Cavanşir küçəsində apardığı "abadlıq işlərinə" qarşı etiraza qalxarkən bildiriblər. Onların sözlərinə görə "Cavanşir küçəsindəki iki yol arasında olan yaşıllıqlar başdan-başa hasarlanaraq məhv edilir. Cavanşir küçəsində 24 saylı   binanın arxasında "Azəristiliktəhcizat" ASC-yə məxsus yüksək gərginlikli iri həcmli  turbaların bir metr yaxınlığında böyük bir ərazinin özülü qazılıb. Ondan 20 metr aralı 1200 kv.m ərazi hasarlanıb və  eyni senari hər gün təkrarlanır. Biz artıq boğuluruq. Xətaidə bir dənə ağac  qoymadılar hamısını kəsib, yerində obyekt tikdilər. Nə uşaqlar üçün oynamağa bir boş sahə, nə yaşlılar üçün oturmağa bir ərazi qalmayıb. Biz dərdimizi kimə deyək?"

Sakinlər həmçinin bildirdilər ki, bununla bağlı ölkə başçısına və aidiyyatı bütün qurumlara rəsmi müraciət  ünvanlayıblar.Bununla yanaşı  telefonla da hər gün zəng vurub etirazımızı çatdırırıq. Lakin əlaqə saxladığımız qurumların nümayəndələri əraziyə gəlmələrini  söz versələr də polis əməkdaşlarından başqa burda heç kimi görmürük. Bizi aldadırlar. Yəqin ki, onlar da Xətai  rayon icra hakimiyyətinin dəllalları ilə əlbirdirlər. Lakin biz mübarizəmizi sona qədər aparacayıq.

Milletinsesi.az-a etibarlı mənbədən verilən məlumata görə adı çəkilən ünvanlarda aparılan tikintilər ölkənin nüfüzlü şəxslərinə məxsusdur. Cavanşir küşəsi ev 24-ün yaxınlığındakı hasarlanan ərazinin biri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Eldar oğlu Xanlarova, onun yaxınlığındakı tikintisunə başlanılan obyekt isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya məxsusdur. 

Qeyd edək ki, bundan əvvəl də Xətaidə magistral yolun bir hissəsinin satılması ilə bağlı məlumat vermişdik.

Mövzunu diqqətdə saxlayacağıq. 

 

 

 

Bənzər xəbərlər