13 : 54 19 iyul
   
İdman

İsveç, Belçika və İngiltərənin DÇ-2018-dəki ilk oyunu - Yenilənir

2018-06-18 12:51 Baxılıb:   14

Dünya çempionatında bu gün daha 3 oyun keçiriləcək. 

Milletinsesi.az Qol.az-ın məlumatına istinadən xeber verir ki, günün ilk matçı ilə F qrupunda ilk tura yekun vurulacaq. İsveç millisi Cənubi Koreya ilə üz-üzə gələcək.

Pley-offda İtaliyanı mundiala həsrət qoyan İbrahimoviçsiz İsveç millisinin bu matçda qələbə şansı daha çoxdur. Amma Asiya təmsilçisi də asanlıqla təslim olmayacaq. 

Bu qrupdakı digər oyununda Meksika Almaniyanı məğlub edib.

Daha sonra isə G qrupunun kollektivləri mübarizəyə qoşulacaq. Əvvəlcə Belçika Panamanı, daha sonra İngiltərə Tunisi sınağa çəkəcək. Hər iki görüşün favoriti Avropa qitəsinin təmsilçiləridir. 

18 iyun

F qrupu

16:00. İsveç - Cənubi Koreya
Nijni Novqorod. Şəhər stadionu

Bənzər xəbərlər