17 : 33 15 noyabr
   
Müxtəlif

“Ermənistanda heç kimin idarə edə bilməyəcəyi xaos baş verəcək” – MÜSAHİBƏ

2018-06-18 16:02 Baxılıb:   23

Cümşüd Nuriyev: “Klanların davası bu ölkəni bitirmək üzrədir”   “Qarabağ müharibəsinin gedişində varlananların həbsi ciddi məsələdir”

“Paşinyan verdiyi sözü tutmaq üçün sərt addımlar atmağa məcburdur”

 

Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyanın istintaqa cəlb edilməsinin ardınca, Qarabağ müharibəsində vəhşilikləri ilə məşhurlaşan general Manvel Qriqoryan da həbs edilib. Ermənistanda daxili gərginliyin davam etdiyi, separatçı Dağlıq Qarabağ rejimində etiraz aksiyalarının zəngirvarı şəkildə genişləndiyi bri zamanda reallaşan həbslər düşmən dövlətdə yeni qarşıdurmaların yaşanacağı ilə bağlı ehtimalları aktuallaşdırıb. Moderator.az olaraq siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevlə söhbətimizdə bu məqamlara aydınlıq gətirməyə çalışdıq.  

 

-Cümşüd bəy, xeyli müddətdir ki, Ermənistanda ciddi daxili qarşıdurma və gərginlik yaşanır. Sizcə bu gərginliyin birdən-birə meydana çıxması və qısa zamanda genişlənməsi nə ilə bağlıdır? Bu gərginliyi hansı amillər tətiklədi?

 

-Ermənistanda qarşıdurma Paşinyan hakimiyyətə gələndən sonra başlayıb. Son 20 ildə Ermənistanı Qarabağ klanı idarə edirdi. Bu müddət ərzində həm Köçəryan, həm də Sərkisyan Qarabağ ermənilərini Ermənistanın müxtəlif dövlət strukturlarına yerləşdirə bilmişdilər. Onlar uzun müddət hakimiyyətdə olduqlarına görə, çapıb-talamaq siyasətinə başladılar. Xaricdən alınan ianələr, ABŞ-ın ayırdığı yardımlar, digər dövltələrdən alınan açıq və gizli köməkliklər, o cümlədən dövlət büdcəsinin dağıdılması prosesi məhz Qarabağ müstəvisində dağıdılmağa başladı. Indi Paşinyan hakimiyyətə gəlib və məlum olub ki, büdcə “quruyub”.

 

-Sizcə Ermənistan büdcəsinin “qurumasında” xaricdən alınan dəstəklərin azalması faktı da rol oynayırmı?

 

-Təbii. Ermənistana xaricdən edilən bəzi yardımlar kəsilib. Artıq Qarabağla bağlı xarici dövlətlərin də münasibəti kifayət qədər dəyişilib. Istər ATƏT-in Minsk qrupunun həmsədrləri, istərsə də erməniləri dəstəkləyən dövlətlər tərəfindən edilən yardımlar da azalıb. Paşinyan bu dəstəyi əldə etmək məcburiyyətindədir. Çünki onun verdiyi sözlər var. Bu sözləri icra eləməkdən ötrü, Ermənistandakı erməniləri təmin etmək üçün o, hansısa kəskin addımlar atmalıdır. O da hazırda bu addımları atmaqdadır.

 

-Necə hesab edirsiniz, Paşinyanın hakimiyyəti Qarabağ klanının uzunmüddətli hakimiyyətindən əziyyət çəkən Ermənistan cəmiyyəti üçün nə dərəcədə arzuediləndir?

 

-Məsələ bundadır ki, Paşinyanın hakimiyyəti də Ermənistan cəmiyyətini tam qane etmir. Son iki gündür ki, erməni saytları qeyd edir ki, Paşinyanın babası Şamaxı ermənisidir. Yəni oradan köçən ermənidir. Onlar qeyd edir ki, Ermənistanı bu günə qədər Qarabağ erməniləri idarə edirdi, indi isə Şamaxı ermənisi idarə edir. Bu, nə dərəcədə həqiqətdir, bunu deyə bilmərəm. Ancaq erməni saytları indi bu məsələni gündəmə gətirməyə çalışır.

 

-Ermənistanın sabiq müdafiə nazirinin, habelə Qarabağ müharibəsində öz qəddarlığı ilə ad çıxaran general Manvel Qriqoryanın istintaqa cəlb edilməsi erməni cəmiyyətində yeni kataklizmlərə səbəb ola bilərmi?

 

-Ermənistanın sabiq müdafiə nazirinin, habelə Manvel Qriqoryanın istintaqa cəlb edilməsi göstərir ki, Ermənistanda vəziyyət həqiqətən də çox gərgindir. Bunu da nəzərə almaq laızmdır ki, M.Qriqoryan Ermənistan parlamentinin deputatıdır. M.Qriqoryanın həbsi parlamentlə razılaşdırılmayıb. Onu əvvəl həbs ediblər, sonra onun evindən silah çıxıb. Yəni onun həbsində hüquqi prosedur pozulub. Ermənistanda hazıda bunu daha çox gündəmə gətirirlər. Məlumat nə qədər dəqiq olsa da, bu, parlamentdə müzakirə olunmalı idi.

Qarabağ müharibəsinin gedişində varlananların həbsinə start verilməsi ciddi məsələdir.

 

-Yaxın gələcəkdə Ermənistanda yeni bir xaousun baş qaldırma ehtimalı nə dərəcədə realdır?

 

-Bu, olduqca yüksək bir ehtimaldır. Ermənistandakı hadisələr elə bir məcaraya yönələcək ki, bu xaosu idarə eləmək mümkün olmayacaq. Paşinyanın siyasətdən kifayət qədər uzaq bir şəxs olduğunu, siyasi alverçi və təxribatçı olduğunu da nəzərə almaq lazımdır. Bu adamın dedikləri ilə əməlləri üst-üstə düşmür. Paşinyanın tez-tez Qarabağa getməsi də bununla bağlıdır. Ermənistan hakimiyyəti öz aləmlərində cəmiyyətə mesaj verməyə çalışırlar ki, guya bunlar xalqnan bir yerdədirlər. Ermənistanın daxilindəki parçalanma o qədər güclüdür ki, klanların davası Ermənistanı bitirmək üzrədir. Çox güman ki, biz yaxın gələcəkdə ciddi qarşıdurmaların şahidi olacayıq.

 

Bənzər xəbərlər