18 : 55 21 sentyabr
   
İdman

Bu gün bir milyonuncu azarkeş dünya çempionatının matçına gələcək

2018-06-21 16:08 Baxılıb:   20

Rusiya hökumətinin üzvü Olqa Qolodets iyunun 21-də Qırmızı meydanda FIFA-nın Futbol Parkının açılış mərasimində futbol üzrə dünya çempionatının matçlarına gəlmə səviyyəsindən danışıb.   AZƏRTAC xəbər verir ki, O.Qolodetsin sözlərinə görə, bu gün Samara stadionunda dünya çempionatının matçına bir milyonuncu azarkeş gələcək.   Xatırladaq ki, Rusiyanın 11 şəhərinin 12 stadionunda 2018-ci ilin dünya çempionatının matçları keçirilir. Artıq bütün qruplarda birinci tur oynanılıb.   Onların bəzilərində ikinci tur da başa çatıb və onun yekunlarına əsasən, pley-off turnirinin bəzi iştirakçıları məlum olub. Məsələn, "A” qrupundan turnirin səkkizdəbir finalına Rusiya və Uruqvay yığmaları çıxıblar.

Bənzər xəbərlər