17 : 30 15 noyabr
   
Gündəm

XVI əsrdə tərtib olunmuş lüğət Azərbaycana gətirilib

2018-06-21 16:43 Baxılıb:   45

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis Kitabxanasından "Lüğəte-Nemətullah” adlı əsərin surətini əldə edib.   AMEA-dan Milletinsesi.az-a verilən məlumata görə, XVI əsrdə yaşamış Nemətulla ibn Əhməd ibn Mübarək ər-Rumi Sofiyada dünyaya gəlib.   1539-cu ildə yazılmış "Lüğəte-Nemətullah” farsca-türkcə lüğət olmaqla yanaşı, fars dilinin qrammatikasına dair əsərdir.   Əsərin əlyazma nüsxələri London və Paris kitabxanalarında, Sankt-Peterburq Şərqşünaslıq İnstitutunun şərq əlyazmaları şöbəsində, eləcə də Əlyazmalar İnstitutunda saxlanılır.

Bənzər xəbərlər