18 : 53 21 sentyabr
   
Dünya

Quterreş: "Ölkələrin BMT Təhlükəsizlik Şurasının qərarlarını icra etməsi çox vacibdir”

2018-06-21 17:30 Baxılıb:   27

"Biz ilk növbədə ölkələrin təmsil olunduğu BMT-nin suveren orqanlarının işi ilə indi apardığımız islahatları ayırmalıyıq”.   APA-nın məlumatına görə, bu sözləri BMT baş katibi Antonio Quterreş Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında BMT TŞ-nin qətnamələrinin uzun illər yerinə yetirilməməsi və BMT-də aparılan islahatların bu qərarlara nə dərəcədə kömək edə biləcəyi ilə bağlı suala cavabında deyib.   O bildirib ki, BMT-də aparılan islahatlar daha çox katibliyin strukturu ilə bağlıdır: "Təbii ki, Təhlükəsizlik Şurasının qərarlarının üzv ölkələr tərəfindən icrası çox vacibdir. Lakin bunun hazırki islahatlarla əlaqəsi yoxdur. Bu islahatlar daha çox katibliklə bağlıdır. Təbii ki, yaxşı katiblik qərarların da icrasına kömək edəcək. Lakin əsas məsələ odur ki, üzv ölkələr BMT TŞ-nin qərarlarına hörmət etsin”.

Bənzər xəbərlər