17 : 32 15 noyabr
   
Kriminal

Toyda bir-birlərini yabaladılar- Sabirabadda kütləvi dava

2018-07-19 10:15 Baxılıb:   18

Sabirabadda toyda baş verən kütləvi davada 3 nəfərə yaba ilə xəsarətlər yetirilib.

APA-nın məlumatına görə, saat 00.30 radələrində Sabirabadın Moranlı kəndində toyda kütləvi dava baş verib.

Dava zamanı kənd sakinləri, 1992-ci il təvəllüdlü Abbasov İlkin Taleh oğlu, 1995-ci il təvəllüdlü Abbaslı Ədalət İbrahim oğlu və 1994-cü il təvəllüdlü İmanov Feyruz Asim oğluna bədənlərinin müxtəlif yerlərindən yaba ilə kəsilmiş-deşilmiş xəsarətlər alıblar. Hər 3 yaralı Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Vəziyyətləri orta ağırdı.

Kütləvi davada iştirak edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Bənzər xəbərlər