05 : 47 17 oktyabr
   
Flaş

AZƏRBAYCANDA MALİYYƏ SEKTORUNUN İŞÇİ BAZASI BİR AYDA 100 NƏFƏR ARTIB

2018-07-19 11:24 Baxılıb:   12

Bu il iyunun 1-nə, Azərbaycanda maliyyə sektorunda işləyənlərin sayı 24,2 min nəfər təşkil edib. Bunun 4,5 min nəfəri dövlət, 19,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Mayın 1-i ilə müqayisədə maliyyə işçilərinin sayında 100 nəfər artım olub. Belə ki, ay ərzində özəl sektorda işçilərin sayı 200 nəfər artıb, dövlət sektorunda isə işçilərin sayı 100 nəfər azalıb.

Xatırladaq ki, iyunun 1-nə ölkə iqtisadiyyatında muzdla işləyənlərin sayı 1 545,4 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 886,8 min nəfər, qeyri-dövlət sektorunda isə 658,6 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 33,6 min nəfər, qeyri-neft sektorunda isə 1 511,8 min nəfər çalışıb.

Bənzər xəbərlər