17 : 45 14 dekabr
   
Foto Silsilə


Tankçılarımız Moskvada müsabiqədə iştirak edəcək

2018-07-20 13:04 Baxılıb:   107

Beynəlxalq Ordu Oyunları - 2018 yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak etmək üçün Azərbaycan tankçıları Moskva şəhərinə yola düşüb.

Bu barədə Milletinsesi.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Rusiyanın Alabino hərbi poliqonunda üç mərhələdə keçiriləcək “Tank biatlonu” müsabiqəsində 31 ölkədən komanda iştirak edəcək.

Müsabiqə iyulun 28-dən avqustun 11-dək keçiriləcək.

Bənzər xəbərlər