10 : 36 24 sentyabr
   
Kriminal

Yol qəzasında 13 nəfər yaralandı- Bakıda 

2018-07-20 13:20 Baxılıb:   14

Bakıda iki maşın toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, iyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi ZİL və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Bənzər xəbərlər