05 : 49 17 oktyabr
   
Müxtəlif

Kiyev Putinin təklifini RƏDD ETDİ

2018-07-20 14:46 Baxılıb:   15

Kiyev Donbasda referendumun keçirilməsi üzrə Rusiyanın ssenarisi ilə razılaşmayacaq.
Publika.az xəbər verir ki, bu haqda Ukrayna Ali Radasının deputatı Georgi Loqvinskiy “112 Ukrayna” telekanalına bildirib.
“Biz öz maraqlarımızı müdafiə edəcəyik. Hətta ABŞ dəstəkləsə də, Ukrayna və beynəlxalq cəmiyyətin əksəriyyəti bunu qəbul etməyəcək”, - ukraynalı deputat deyib.
O xatırladıb ki, Ukraynanın Konstitusiyasına əsasən, Ukraynanın ərazisinin dəyişikliyi haqqında məsələlər ümumukrayna referendumunda həll edilir.
Qeyd edək ki, “Blomberg” agentliyi mənbələrə istinadən yazdığına görə, Rusiya prezidenti Vladimir Putin iyulun 16-da Helsinkidə amerikalı həmkarı Donald Trampla görüşündə Ukraynanın Donbas bölgəsində referendum keçirməyi təklif edib. Agentliyin yazdığına görə, Kremldə hesab edirlər ki, “respublikalar”ın sakinləri öz ərazilərinin statusu haqqında fikrini bildirmək imkanı əldə etməlidirlər. Qeyd edilir ki, Rusiya və ABŞ-ın liderləri bu planı hələ açıq səsləndirməmək barədə razılaşıblar. Məqsəd təklifi daha ətraflı öyrənməkdir.
“RİA-Novosti” agentliyi isə qeyd edir ki, söhbət referendumun beynəlxalq təşkilatların himayəsi altında keçirilməsindən edir.
Qeyd edək ki, Ukraynada 2014-cü ilin əvvəlində hakimiyyət dəyişikliyindən sonra – aprel ayında Rusiyanın dəstəklədiyi separatçı qüvvələrlə Ukrayna Silahlı qüvvələri arasında döyüşlər başlanıb. Nəticədə Luqansk və Donetsk vilayətlərinin bir hissəsi Kiyevin nəzarətindən çıxıb. Kiyev və Qərb Rusiya qoşunlarının Donbasda olduğunu, Ukrayna ərazilərinin faktiki Rusiyanın işğalı altında olduğunu bildirir. Moskva isə münaqişə tərəfi olmadığını, problemin Kiyevlə separatçı qurumlar arasında həll edilməli olduğunu bildirir.

Bənzər xəbərlər