10 : 37 24 sentyabr
   
Kriminal

İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü

2018-08-08 12:34 Baxılıb:   65

Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlu batıb.

Onun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib.

"Milletinsesi.az" Unikal.org-a istinadən xəbər verir ki, faciəvi şəkildə suda boğularaq həyatını itirən 27 yaşlı gənc Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun bacısı oğludur.

Allah rəhmət eləsin!

 

 

Bənzər xəbərlər