13 : 43 17 noyabr
   
İdman

Ərdoğan Ramili təbrik etdi

2018-08-10 10:45 Baxılıb:   9

"Çox xoşbəxtəm. Avropa çempionatında rekord göstərici oldu. Ancaq Avropa rekordu qırmaq istəyirdim. İnşallah, o da olar. Bir neçə yarışımız daha var. Dünyada elə bir idmançı yoxdur ki, olimpiadada medal qazanmaq istəməsin. Biz də çox istəyir və çalışırıq. 2020-ci il Tokiyo Yay Olimpiya Oyunlarından medallarla dönəcəyimizə inanırıq”.

Qol.az-ın "Sabah"a istinadən yaydığı xəbərə görə, bu sözləri Türkiyə millisinin heyətində 200 metr məsafəyə qaçışda Avropa çempionu olan azərbaycanlı atlet Ramil Quliyev deyib.

 

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın turnirdən sonra ona zəng etdiyini bildirib: "Məni təbrik etdi. Bizdən 4x100 metrə bayraq yarışında da medal gözlədiyini söylədi. İnşallah, bunu da edərik. Bizə olan diqqəti üçün prezidentə təşəkkür edirəm”.

Bənzər xəbərlər