10 : 38 24 sentyabr
   
Siyasət

General 5 rəisi işdən çıxardı

2018-08-11 13:26 Baxılıb:   73

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında geniş kollegiya iclası keçirilib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov həyata keçirilən tədbirlər barədə məlumatları müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Həmçinin 2018-ci ilin iyul çağırışında Sə¬fərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Döv¬lət Xidmətinin yerli idarə, şöbə və böl¬mə¬lərində yol verilmiş nöqsanlar təhlil edilib, nöqsanların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.

Araşdırmaların nəticələrinə əsasən, xidməti fəaliyyətlərində yol verdikləri nöqsanlara görə Xidmətin 4 yerli idarə, şöbə və bölmə rəisi, eləcə də Xidmətin tabeliyində olan 1 struktur bölmənin rəisi tutduqları vəzifələrindən kənarlaşdırılaraq Xidmət rəisinin sərəncamına götürülüb.

Bənzər xəbərlər