13 : 43 17 noyabr
   
Dünya

Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün tədbirlərini açıqayıb

2018-08-13 13:45 Baxılıb:   27

 Türkiyə Mərkəzi Bankı ölkədə maliyyə sabitliyinin qorunması üçün təcili görülməli olan tədbirləri açıqayıb.

"Milletinsesi.az" "Anadolu"ya istinadən xəbər verir ki, rəsmi Ankara ABŞ-ın tətbiq etdiyi rüsumların yüksəlməsi fonunda milli valyutanın məzənnəsinin getdikcə geriləməsi səbəbindən belə addım atmalı olub.

Belə ki, Türkiyə Mərkəz Bankı banklar üçün təhlükəni aradan qaldırmaq məqsədilə öz ehtiyatları hesabına maliyyə institutlarını lazımi likvidliklə təmin etməyə qərar verib. Bundan başqa, Mərkəzi Bank banklara bir ay müddətinə valyuta krediti əldə etmək imkanı yaradıb. Eyni zamanda Türkiyə lirəsi ilə əməliyyatlar üçün xarici valyutada bank zəmanətlərinin limiti, təxminən, üç dəfə - 7,2 milyard avrodan 20 milyard avroya qaldırılıb. Üstəlik, Mərkəzi Bank özəl banklara 50 milyard dollar həcmində müəyyən edilmiş valyuta ehtiyatları limitini müəyyən şəraitdə aşmağa icazə verib.

Bazarın sabitləşməsi üçün maliyyə qurumlarına ayrılan vəsaitin miqdarı 10 milyard Türkiyə lirəsi (təxminən, 1,45 milyard ABŞ dolları), 6 milyard ABŞ dolları və qızıl ehtiyatlarından 3 milyard dollar təşkil edəcək.

Qeyd edək ki, hökuməti belə təcili tədbirlər görməyə məcbur edən Türkiyə lirəsinin məzənnəsi ötən həftə xeyli aşağı düşüb. Bu gün səhər isə türk lirəsinin kursu daha 8% aşağı düşərək 1 dollar = 6,9 lirə səviyyəsinə çatıb.

Bənzər xəbərlər