10 : 36 24 sentyabr
   
Flaş

İki peçatlı milyoner bələdiyyə sədri

2018-08-14 11:11 Baxılıb:   2349

Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyev mənə məxsus  10 sot torpaq sahəsini   maklerlə əlbir olub  50 min manata satdı. Sonra həyat yoldaşımı  şərləyərək həbs elətdirdi.İndi də məni ölümlə hədələyir.  

 Bu barədə Milletinsesi.az-a Abşeron rayon Masazır kəndinin sakini Xankişiyeva Səbinə Şərif Qızı məlumat verib. Onun sözlərinə görə,  Siyanfər  qeyri-leqal yolla həddindən artıq varlanaraq harınlayıb. Onun təkcə  Brilyant şadlıq evinin qiyməti milyonlarla ölçülür. Hektarlarla torpaq sahələri və onlarla evə sahib olan bələdiyyə sədrinin  obyektlərinin sayı hesabı yoxdur. Abşeron rayonunda heç kimi saymır və mənə deyir get hara şikayət edirsən et. Bu yaxınlarda da 1hektar torpaq satıb 500min manata. Xahiş edirəm yalvarıram mənə kömək edin. Məni  öldürmək həddinə çatdırıb bu harınlamış bələdiyyə sədri. Hara şikayətini  yazılı şəkildə yazırsan, müsbət cavab ala bilmirsən .Ümidim sizədir.Yalvarıram,  Masazır torpaqlarını satıb özünə obyektlər alan harın bələdiyyə sədrinin etdiyi əməllərinə görə qanun qarşısına çıxarılıb, cavab verməsinə köməklik göstərin ki, mənim torpağımı geri qaytarsın.      

Digər etibalı mənbənin verdiyi məlumata görə, Masazır bəlidiyyəsinin sədrinin iki peçatı var. Birindən icra başçısını və aidiyyatı qurumların xəbəri var, digərini  isə bələdiyyə sədri gizli saxlayır və qanunsuz işlərinin ara-sıra ikinci peçatla həyata keçirir.   

 Masazır bələdiyyəsinin sədri Siyanfər Əliyevdən  məsələ ilə bağlı münasibət öyrənmək istəsək də cəhdlərimiz alınmadı. Qəribəsi odur ki, milyonların sahibi olan bələdiyyə sədrinin 012-347-80-24 nömrəli iş telefonu borcdan bağlıdır.Bələdiyyənin xalqa necə xidmət göstərməsi aydın görünür.  

Bənzər xəbərlər