13 : 45 17 noyabr
   
Siyasət

"İran, Türlkiyə və Rusiyanın iqtisadi böhranı dərinləşsə və uzumüddətli olsa..." - XƏBƏRDARLIQ

2018-08-14 10:19 Baxılıb:   43

İran və Türkiyədəki iqtisadi təbəddülatlar Azərbaycan manatının taleyinə nə vəd edir?   ABŞ-ın İrana qarşı sanksiya tətbqi etməsi, Türkiyə ilə münasibətləri gərginləşdirməsi Azərbaycanda da narahatlıqla müşahidə edilməkdədir.    Maraqlıdır, İrana qarşı tətbiq edilən sanksiyalar, qonşu Türkiyədə lirənin sürətlə ucuzlaşması az və ya çox dərəcədə Azərbaycan manatının da taleyinə təsir göstərə bilərmi? ABŞ-ın İran və Türkiyənin timsalında regionda həyata keçirdiyi sanksiya siyasətinin Azərbaycanın maliyyə bazarına hansısa formada təsir göstərməsi mümkündürmü?   Moderator.az-a açıqlama verən bank və maliyyə məsələləri üzərə ekspert Əkrəm Həsənov ölkəmizin bu olaylardan həm müsbət, həm də mənfi mənada təsirlənə biləcəyinə diqqət çəkdi:   “Bu proseslərin ölkəmizə birbaşa və qısamüddətli təsiri yoxdur. Məntiqlə hətta müsbət təsiri olmalıdır, çünki bu ölkələrdən idxal edilən malların qiyməti düşməli və manatın məzənnəsinə müsbət təsir göstərməlidir. Düzdür, inanmıram ki, bizim sahibkarlar bu ölkələrdən idxal etdikləri malları yerli bazarda ucuz satsınlar, çünki fürsətdən istifadə edib daha çox qazanmaq istəyəcəklər. Amma eyni zamanda İran, Türlkiyə və Rusiyanın iqtisadi böhranı dərinləşsə və uzumüddətli olsa, bu, bizə də mənfi təsir göstərə bilər. Çünki bu ölkələrə sərmayələrimiz az deyil və onların taleyi yaxşı olmaya bilər”.

Bənzər xəbərlər