13 : 41 17 noyabr
   
Gündəm

İxtisas seçimi başa çatdı

 

2018-08-14 12:15 Baxılıb:   35

2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi üçün elektron ərizə qəbulu bu gün saat 10:00-da başa çatıb.

Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, bütün ixtisas qrupları üzrə 45139 nəfər ixtisas seçimi edib.

Onlardan 41548 nəfəri I-IV ixtisas qrupları,3591 nəfər isə V ixtisas qrupu üzrə ixtisas seçimi edib.

I qrup üzrə ixtisas seçimi edənlərin 13307-si Azərbaycan, 1294-ü rus bölməsi olmaqla 14601 nəfər, II ixtisas qrupu üzrə 9907-si Azərbaycan, 1052-si rus bölməsi olmaqla cəmi 10959 nəfər, III ixtisas qrupu üzrə 11486-sı Azərbaycan, 900-ü rus bölməsi olmaqla 12386 nəfər, IV ixtisas qrupu üzrə 3295-i Azərbaycan, 307-si rus bölməsi olmaqla 3602 nəfər, V ixtisas qrupu üzrə isə 3190-i Azərbaycan bölməsi, 401-i rus bölməsi üzrə olmaqla cəmi 3591 nəfər müsabiqədə iştirak üçün ixtisas seçimi edib.

Bənzər xəbərlər