17 : 48 14 dekabr
   
Foto Silsilə

Bakıda bu yerlərdə piyada keçidi olacaq

2018-08-15 12:55 Baxılıb:   105

Bakı şəhərində piyada təhlükəsizliyi və piyadalar üçün əlverişli hərəkət şəraitinin yaradılması işləri davam etdirilir.

"Milletinsesi.az" xəbər verir ki, bu çərçivədə 19 ünvanda müxtəlif səviyyəli piyada keçidinin yeri müəyyən edilərək razılaşdırılması üçün aidiyyəti qurumlara təqdim edilib.

Piyada keçidlərinin əsasən sürət həddinin və nəqliyyat intensivliyinin yüksək olduğu Heydər Əliyev və Ziya Bünyadov prospektləri, Zağulba yolu, Salyan şosesi, Bakı-Ələt-Qazax, Bakı-Şamaxı-Yevlax avtomagistralları və digər şəhərətrafı yollarda təşkil edilməsi nəzərdə tutulub.

Qeyd edilən ünvanlar Bakı Nəqliyyat Agentliyinin mütəxəssislərinin apardığı təhlillər və daxil olan vətəndaş müraciətləri əsasında müəyyən edilib.

Bənzər xəbərlər