10 : 35 24 sentyabr
   
Əyalət

Anomal istilər hələ 5 il davam edəcək

 

2018-08-15 16:28 Baxılıb:   11

İqlimşünas-mütəxəssislər təcrübədən keçirdikləri yeni metodikadan sonra bu nəticəyə gəliblər ki, ciddi şəkildə istiləşmə qaçılmazdır. Növbəti 5 ildə Yer kürəsində anomal istilər davam edəcək. İqlimi qabaqcadan xəbər verən yeni alətin yaranması ilə məşğul olan Fransa və Hollandiya mütəxəssisləri bu qənaətdədirlər.

Milletinsesi.az Rusiya saytlarına istinadla xəbər verir ki, proqnozlar statistikaya əsaslanıb. Məhz statistika Yer kürəsində ekstremal hadisələrin başvermə ehtimallarını, onların təkrarlanma tezliyini hesablamağa imkan yaradır. Alimlər son 50 ildə iqlimin necə dəyişməsini təhlil ediblər və bunun əsasında müəyyən nəticələrə gəliblər. 2016-2017-ci illər üçün xarakterik olan anomal dərəcədə yüksək hərarət yaxın 5 ildə də davam edəcək. Bununla yanaşı, okean üçün proqnoz daha uzunmüddətli dövrü nəzərdə tutur. İqlimşünaslar hesab edirlər ki, bütün bunlara səbəb irəliləyən qlobal istiləşmədir. İqlim planetdə 2022-ci ildən tez olmayaraq normallaşa bilər.

Bənzər xəbərlər