16 : 09 10 dekabr
   
Siyasət

Azərbaycan və Qətər əməkdaşlıq perspektivlərini müzakirə ediblər

2018-09-17 17:06 Baxılıb:   45

 Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Ticarət Palatasının direktoru Saleh Bin Həməd Al Şərqi ilə görüşüb.

Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycanın Qətərdəki səfirliyi məlumat yayıb.

Səfir investisiya fəaliyyətinin təşviq edilməsi və xarici investorların hüquqlarının qorunması ilə bağlı ölkəmizdə həyata keçirilən islahatlar barədə məlumat verərək qarşılıqlı investisiyaların cəlb edilməsi, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması istiqamətində birgə səylərin göstərilməsi və iş adamları arasında tərəfdaşlıq əlaqələrinin inkişafının təşviq edilməsinin əhəmiyyətini qeyd edib.

Saleh Bin Həməd Al Şərqi, öz növbəsində, Azərbaycan-Qətər əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin mövcud olduğunu qeyd edərək bu sahədə lazımi dəstək verməyə hazır olduqlarını bildirib.

Bənzər xəbərlər