14 : 28 17 oktyabr
   
Kriminal

Yardımlıda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarıldı

2018-09-20 14:38 Baxılıb:   19

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Ərus kəndi ərazisində içərisində narkotik olduğu şübhə doğuran selofan torba tapılıb.   DİN-dən Milletinsesi.az-a verilən məlumata görə, ekspertizaya təqdim olunan həmin maddənin çəkisi 1 kiloqram 835 qram heroin olduğu müəyyən edilib.   Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qısa zamanda həmin narkotikin kimə məxsus olduğu müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə narkotiki ora ataraq qaçmaqda şübhəli bilinən Cəlilabad rayon sakini Rəşad Əzizov saxlanılıb.   Faktla bağlı cinayət işi başlanılıb.

Bənzər xəbərlər