14 : 28 17 oktyabr
   
Kriminal

Bir sutkada yol qəzalarında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb

2018-09-21 10:56 Baxılıb:   36

Sentyabrın 20-dən 21-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Daxili İşlər Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 82 cinayət faktı qeydə alınıb, onların da 10-u “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Bənzər xəbərlər