14 : 29 17 oktyabr
   
Kriminal

Etimad İsmayılov dəfn edildi

2018-09-21 12:09 Baxılıb:   57

Sentyabrın 20-nə keçən gecə İstanbulun Florya adlanan hissəsindəki ofisində güllələnərək öldürülən Etimad İsmayılovun dəfn mərasimi başlayıb.

Milletinsesi.az xəbər verir ki, iş adamı E.İsmayılovun cənazəsi artıq Nardaranda atası İlyas İsmayılovun evindən götürülüb. E.İsmayılov Nardaran qəsəbə qəbiristanlığında dəfn edilib.

 

Qeyd edək ki, E.İsmayılov İstanbulda keçmiş polis zabiti və biznesmen Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. G.Dəmirov hadisəni pul üstündə törətdiyini etiraf edib.

E.İsmayılov “Ədalət” partiyasının sədri, keçmiş nazir İlyas İsmayılovun oğlu, tanınmış jurnalist Sevil Nuriyevanın həyat yoldaşı idi.

Bənzər xəbərlər