14 : 30 17 oktyabr
   
Sosial

Nazirlik 16 tikinti obyekti ilə bağlı tədbirlər görüb

2018-09-21 15:43 Baxılıb:   14

 "Son üç ay ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə tullantıların düzgün idarə olunmaması ilə bağlı 77 müraciət daxil olub".

Milletinsesi.az xəbər verir ki, bunu Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 16 tikinti obyekti üzrə araşdırmalar aparılıb və tədbirlər görülüb: "Tullantıların düzgün idarə olunmamasına görə “Azadlıq Residence” MMC, “Cavid-2016” MMC, “Elite City” MMC barəsində protokollar tərtib edilərək inzibati məsuliyyətə cəlb olunublar: "Eyni zamanda “Bina” MTK, “Bizim Ev” MMC, “Pilot-İnşaat A” MMC, “Retro Holding” MMC, “Azəri Tikinti Şirkəti” MMC, “İlk İnşaat Taahhüt Sanayi və Ticarət Anonim” Şirkəti, “Grand Plaza” MMC, “Malibo” MMC, “Araz-2011A” MMC, “N-Turan” MMC, “Kəmər İnşaat” MMC, və fiziki şəxslərə icrası məcburi olan göstərişlər verilib".

U.Tağıyeva qeyd edib ki, heç kimin tikintilərin, karxanaların dayandırılmasını düşünmür: "Bu, mümkün deyil. Şəhərimizdə böyük tikinti işləri aparılır, şəhərimiz gözəlləşir, bunlar göz gabağındadır. Lakin bu gözəl işlər gərək əhalimizin səhhətinə mənfi təsir göstərməsin. Məqsədimiz ondan ibarətdir ki, istənilən fəaliyyət qəbul olunmuş ekoloji normativlərə uyğun aparılsın. Olmaz ki, həm abadlaşma, tikinti işləri aparılsın, həm də insanların rahatlığına, sağlamlığına zərər gəlməsin. Əlbəttə ki, olar. Buna görə də müxtəlif qoruyucu texnologiyalar mövcuddur. Bu sahədə çalışan şəxslər öz fəaliyyətlərini qəbul olunmuş ekoloji normalara uyğun qurmalıdırlar. Nazirliyimiz tərəfindən bu məsələyə ciddi nəzarət var. Ona görə də qısa müddətdə bu sahədə artıq dönüş yaranmalıdır. Dediyimiz kimi qabaqcıl ölkələrdə istifadə olunan texnologiyalar bizdə də tətbiq olunmalıdır".

Bənzər xəbərlər