16 : 09 10 dekabr
   
Dünya

Tehran terrora görə məsuliyyəti ABŞ-ın üzərinə atdı

2018-09-22 14:59 Baxılıb:   23

Əhvaz şəhərində 11 nəfərin ölümü ilə nəticələnən terakta görə İran bütün məsuliyyəti terrorrizmin regiondakı sponsorlarına və onların amerikalı təlimatçılarının üzərinə qoyur.

Bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif açıqlamasında bildirib.   "Xaricdəki rejimlərin satın aldığı, öyrətdiyi, silahlandırdığı və maliyyələşdirdiyi terrorçular Əhvazda hücum təşkil ediblər. Qurbanların sırasında uşaqlar və gənclər də var. Bu cür hücumlara görə İran bütün məsuliyyəti terrorrizmin regiondakı sponsorlarına və onların amerikalı təlimatçılarının üzərinə qoyur”, – deyə Cavad Zərif özünün "Tvitter" səhifəsində yazıb.


Nazir vurğulayıb ki, vətəndaşların müdafiəsi üçün İran cəld və qəti şəkildə cavab tədbirləri görəcək.

Qeyd edək ki, bu gün səhər saatlarında İranın cənubunda yerləşən Əhvaz şəhərində hərbi parad zamanı "Təkfiri" qruplaşması üzvlərinin hərbçilərə açdığı atəş nəticəsində ölənlərin sayı 11-ə çatıb. Onlardan biri jurnalistdir. Daha 20 nəfər isə yaralanıb. Yaralların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna edilmir. Hücum zamanı terrorçulardan ikisi hadisə yerində zərərsizləşdirilib, digər iki nəfər isə qaça bilib.

Bənzər xəbərlər