16 : 06 10 dekabr
   
Dünya

Viktoriya faciəsi: 183 ölü, yüzlərlə itkin var

2018-09-22 16:58 Baxılıb:   87

Tanzaniyada Viktoriya gölündə sərnişin daşıyan bərə gəmisinin aşması nəticəsində ölənlərin sayı 183 nəfərə çatıb. İtkin düşən yüzlərlə şəxsin axtarışı hələ də davam etdirilir.

 

Bu barədə yerli "Citizen” agentliyi Tanzaniya polisinə istinadən məlumat yayıb.


Xatırladaq ki, 20 sentyabrda Tanzaniya, Uqanda və Keniyanın arasında yerləşən Viktoriya gölündə "Nyerere” bərə gəmisi Yukora adası yaxınlığında aşıb. 44 cəsəd gəmi aşandan dərhal sonra, digərləri isə növbəti günlərdə axtarış-xilasetmə əməliyyatları bərpa edildikdən sonra aşkarlanıb.

"France-Presse” xəbər verib ki, gəminin göyərtəsində 200 nəfər olub, bu da onun tutum imkanlarından 2 dəfə çoxdur. Yerli məmurlar isə gəmidəki sərnişinlərin 400-dən çox olduğunu bildiriblər. Həmçinin, gəmidə digər yüklər – qarğıdalı torbaları, banan və sement də daşınıb ki, nəticədə ağırlığa dözməyən gəmi çevrilib.

Bənzər xəbərlər