13 : 43 17 noyabr
   
Siyasət

Zakir Həsənov Gürcüstan səfiri ilə görüşdü

2018-10-04 12:12 Baxılıb:   41

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze ilə görüşüb.

Müdafiə Nazirliyindən Milletinsesi.az-a verilən məlumata görə, səfiri Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Ölkəmizdə səfir kimi fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Gürcüstan əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə regiondakı hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlıq və digər məsələlər müzakirə olunub.

 

Bənzər xəbərlər