13 : 42 17 noyabr
   
Siyasət

İlham Əliyev 2 fərman imzaladı

2018-10-05 10:45 Baxılıb:   73

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Milletinsesi.az fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında 2018-ci il sentyabrın 6-da Zaqreb şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur:

1. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” təsdiq edilsin (əlavə olunur).

3. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidmətinin sərhəd hərbi dəniz bayraqlarının təsviri” təsdiq edilsin (əlavə olunur).

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı haqqında Əsasnamənin və onun təsvirinin layihələrini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti - Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağı haqqında” Əsasnamənin və “Azərbayсan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının və hərbi hissələrinin Döyüş Bayrağının təsviri”nin təsdiq edilməsi barədə” Azərbayсan Respublikası Prezidentinin 2004-сü il 14 yanvar tarixli 14 nömrəli Fərmanı (Azərbayсan Respublikasının Qanunveriсilik Toplusu, 2004, № 1, maddə 20, № 4, maddə 229) ləğv edilsin.

 

Bənzər xəbərlər