13 : 41 17 noyabr
   
Sosial

Bakıda iki marşrut xəttində dəyişiklik edilib

2018-10-12 13:19 Baxılıb:   195

Paytaxtın Səbail rayonu Badamdar şosesində (Badamdar - "20-ci sahə"ni birləşdirən yol) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.   Bakı Nəqliyyat Agentliyindən Milletinsesi.az-a verilən məlumata görə, bu səbəbdən 53 və 205 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib. Hazırda qeyd edilən marşrut xətləri üzrə avtobuslar "20-ci sahə" adlanan əraziyə getmək üçün alternativ yollardan istifadə edirlər.   Dəyişiklik Badamdar şosesində hərəkət bərpa edilənədək qüvvədə olacaq.

Bənzər xəbərlər