13 : 45 17 noyabr
   
Sosial

Dini mərasimlər keçirilərkən çərçivədən kənara çıxılmamalıdır - Komitə sədri

mubariz-qurbanli-061114
2018-10-15 11:21 Baxılıb:   32

"Maarifləndirmə gücləndirilməlidir ki, insanlar dini mərasimlər keçirərkən çərçivədən kənara çıxmasın".

Bu sözləri Milletinsesi.az-a Dini Qurumlarla iş üzrə Dövlət Komitədinin sədri Mübariz Qurbanlı deyib.

 

Onun sözlərinə görə, gənclərin adi salavat verə bilməməsi maariflənmənin nisbətən az olduğundan xəbər verir: "Bütün gənclik dininə sadiq olmalıdır. Dini mərasimlərdən xəbərdar olmalı, ritualları bilməlidir. Bu mərasimlərdə vətəndaşlara heç bir hüquqi məsuliyyət yoxdur. Bu, birbaşa mənəviyyat məsələsidir.

Bəzən ali təhsilli, dünyagörüşlü insanlar bu mərasimlərin keçirilməsi zamanı israfçılığa yol verir. "Camaat nə deyər" prinsipi insanları səhv etməyə sövq edir. Bu isə düzgün deyil.

Hər bir şəxs düşünməlidir ki, "Allah nə deyir? Dinimiz nə buyurur?" Bu gün müasir insan dindən başqa məqsədlərlə istifadə etməyə cəhd edərsə, əlbəttə ki, bu məsələyə dövlət müdaxilə edəcək. Azərbaycanda bu kimi hallara rast gəlinmir. Lakin maarifləndirmə aparılmazsa, dünya ölkələrində baş verən bu kimi hallar bizə də yansıya bilər".

Bənzər xəbərlər