13 : 44 17 noyabr
   
Dünya

Fransada daşqınlar 13 nəfərin həyatına son qoyub

5bc48a5113798_15396067002706432556_1000x669_1
2018-10-15 15:50 Baxılıb:   28

Fransanın cənubunda yerləşən Od departamentində daşqınlar nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.   Milletinsesi.az xarici KİV-lərə istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Pezan kommunasında su bəndinin dağılmaası riski ilə əlaqədar minə yaxın insanın təxliyə olunub. "Enedis” elektrik təminatı kompaniyası Od və Ero departamentlərində azı 8 min istifadəçinin elektriksiz qaldığını bildirib.   Regionun bəzi rayonlarına bir neçə saat ərzində üç aylıq yağıntı norması düşüb. Sürəti saatda 100 kilometrə çatan və su axınına mane olan küləklər də daşqınların güclənməsinə səbəb olub.   Hazırda təbii fəlakətdə zərər çəkən ərazilərdə aparılan xilasetmə əməliyyatlarında 8 helikopter, həmçinin yüzlərlə yanğınsöndürən və polis iştirak edir. Baş nazir Eduar Filipp və ekologiya naziri Fransua de Rüjinin vəziyyəti qiymətləndirmək üçün regiona səfər edəcəkləri bildirilir.

Bənzər xəbərlər