13 : 45 17 noyabr
   
İdman

"Atletiko"nun yarım əsrlik stadionu sökülür

105907
2018-10-16 15:28 Baxılıb:   19

"Atletiko"nun ötən ilin ortalarına qədər ev oyunlarını keçirdiyi "Visente Kalderon" stadionu bu ilin sonuna kimi söküləcək.

Milletinsesi.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 55 min tamaşaçı tutumuna malik arenada söküntü işləri artıq start götürüb.

Stadionun sökülməsi 42,2 milyon avroya başa gələcək. Onun yerində yaşayış binaları tikiləcək və park salınacaq.

Qeyd edək ki, "Atletiko" 51 il (1966-2017) ev oyunlarını "Visente Kalderon"da oynayıb. Madrid klubu 2017-2018 mövsümündən etibarən rəqiblərini "Vanda Metropolitano" stadionunda qəbul edir.

Bənzər xəbərlər