13 : 45 17 noyabr
   
Kriminal

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

2018-10-16 16:05 Baxılıb:   15

Gömrükçülər mobil telefonların gömrük nəzarətindən gizlin şəkildə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

DGK-dan Milletinsesi.az-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, "Xanoba" gömrük postunda Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-21043 markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı, Rusiya Federasiyası istiqamətindən daxil olan həmin nəqliyyat vasitəsinin arxa oturacağının alt hissəsindəki örtüyün altında gömrük nəzarətindən gizlədilmiş 8 ədəd NANO BQ-1411 markalı mobil telefon aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bənzər xəbərlər