21 : 24 15 dekabr
   
Ölkə içi

Bakıda 4 otaqlı ev yanıb

 

2018-11-08 10:49 Baxılıb:   35

Bakıda ölümlə nəticələnən yanğın hadisəsi olub.

FHN-dən Milletinsesi.az-a verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 64 m2 olan ikimərtəbəli 4 otaqlı evin birinci mərtəbəsində bir otağın yanar konstruksiyaları və ev əşyaları 9 m2 sahədə yanıb, digər otağın əşyaları qismən qarslanıb.

Yanğının kəşfiyyatı zamanı 1958-ci il təvəllüdlü İslamov Əli Ağasəlim oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bənzər xəbərlər