17 : 46 14 dekabr
   
Dünya

Nazir güclü leysanların vurduğu ziyana görə istefaya gedib

2018-11-10 10:36 Baxılıb:   44

Küveytin ictimai işlər naziri Hüsan ər-Rumi güclü leysanların vurduğu ziyana görə istefaya gedib. Güclü leysanların yağması və drenaj sisteminin mövcud olmadığından bir neçə rayonu su basıb.

Nazir "güclü leysan nəticəsində Küveyt vətəndaşları və sakinlərinə dəyən maddi zərərə görə tam məsuliyyət daşıdığını” deyib. O, nazirlik əməkdaşlarının ziyanı azaltmaq səylərinə görə təşəkkürünü bildirib.

 

Ölkədə yağışların bazar gününə kimi yağması gözlənilir.

Bənzər xəbərlər