21 : 25 15 dekabr
   
Dünya

Atatürkün ölümündən 80 il keçdi

2018-11-10 11:34 Baxılıb:   51

Türkiyə Cümhuriyyətinin yaradıcısı Mustafa Kamal Atatürkün vəfatından 80 il ötür.

Milletinsesi.az xəbər verir ki, Atatürkün vəfat günüylə əlaqədar olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Böyük Millət Məclisinin sədri Binəli Yıldırım, nazirlər, müxalifət liderləri və ictimaiyyət nümayəndələri Türkiyənin məşhur liderinin dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər.

Qeyd edək ki, məşhur lider və sərkərdə Mustafa Kamal Atatürk 1881-ci ilə Salonikidə doğulub. Türkiyə Qurtuluş savaşına liderlik edən Atatürk 1923-cü ildə Türkiyə Cümhuriyyətini qurmağı bacarıb.

O 15 il ərzində Türkiyəyə rəhbərlik edib.

Məhz onun hakimiyyəti dönəmində Türkiyədə genişmiqyaslı siyasi, iqtisadi, mədəni və ictimai islahatlar aparılıb. Məhz Atatürk Türkiyədə latın qrafikli əlifbaya keçidi reallaşdırıb, qadınlara qarşı diskriminasiyanı ləğv edib, kəndlilərə qarşı ağır vergini ləğv edib, ibtidai təhsili pulsuz və zəruri edib.

 

Bənzər xəbərlər