17 : 49 14 dekabr
   
Dünya

Pakistan Çinə ixracatını iki dəfə artırır

2018-11-10 16:14 Baxılıb:   46

Pakistan gələn il Çinə ixracatını iki dəfə artıracaq.

Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Pakistan Xarici İşlər naziri Şah Mahmud Qureşi deyib. Onun sözlərinə görə, Baş nazir İmran Xanın rəhbərliyi ilə Çinə gedən nümayəndə heyətinin səfəri çox uğurlu olub.

Qeyd edək ki, ABŞ-ın müttəfiqi olan Pakistan İmran Xanın baş nazir seçilməsindən sonra da Çinlə əlaqələri kəsməyib. Rəsmi İslamabad Çinlə həm ticarət, həm də hərbi əlaqələrini gücləndirib.

 

Bənzər xəbərlər