17 : 44 14 dekabr
   
Şou-Biznes

“Diriliş Ertuğrul”da Şəmistan Əlizamanlının oynadığı səhnə REKORD QIRDI - VİDEO

2018-11-10 16:28 Baxılıb:   60

Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, hərbi vətənpərvərlik mahnılarının tanınmış ifaçısı Şəmistan Əlizamanlı Türkiyədə “Diriliş Ərtoğrul” serialında epizodik bir rola  çəkilməsinə baxmayaraq, hər iki ölkədə adndan söz etdirə bilib.  O, tarixi mövzulu  serialda ozan rolunda çıxış edərək, “Tanrı türkə yar olsun” mahnısını saz sədaları altında ifa edib.   Müddəti cəmi 5 dəqiqə olan ifa reytinqləri alt-üst edib...   Lakin həmin epizod və səhnə çəkimləri  ilə bağlı mənfiləri deyənlər də var.     AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri, məşhur hərbi mahnıların müəllifi olan Şahin Musaoğlu Moderator.az-a açıqlamasında o səhnə ilə bağlı bir neçə qüsuru dilə gətirib:   “Qardaş öləkənin serialında Azərbaycana aid hər hansı  musiqi parçasının elə öz sənətçimiz  tərəfindən ifası çox sevindirici  haldır. Serialda ozan rolunda çıxış edən Şəmistan Əlizamanlnın oxuduğu mahnının sözləri  AYB  və onun Hərbi Vətənpərvərlik Komissiyasınn üzvü Nizami Saraclıya aiddir. Çox gözəl sözləri var. Türkün ululuğuna, inancına və imanına hesablanan misralardır. Həm də eyni zamanda, türkçülüyü  qucaqlayan, onun qədim, ulu, zəngin mədəniyyətini  özündə əks etdirən fikirlər səslənir. Musiqiyə gəlincə, həmin mahnı Azərbaycan cəmiyyətinə çox yaxşı tanışdı. Azərbaycan və türk ictimaiyyətində rəğbət qazanan mahnıdır.  Türkiyə Cümhuriyyətinin başqanı  cənab , Rəcəb Tayyib  Ərdoğanın  tanıtım çarxında istifadə olunması onu deməyə əsas verir ki, o səhnədə -yemək məclisində səsləndirilməsi  ifanın əzəmətinə müəyyən qədər kölgə salıb.   Türk qardaşlarımz məndən inciməsin,  fikrimcə, Şəmistan  Əlizamanlının səsindən, görkəmindən aktyorluq qabiliyyətindən daha artıq yararlanmaq olardı.  O, Mədəniyyət və İncəsənət  Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyorluq məharəti çox yüksəkdir.   Səhnələr dinamik  kadrlarla əvəzlənsəydi, daha məqbul sayılar, ya kütləvi döyüş səhnələrində, ya döyüşdən əvvəl oxunsaydı bu, daha məqsədəuyğun olardı, nəinki istirahət vaxtı, əyləncə zamanına işarət edən bir yerdə...  Döyüşən orduya, onu ruhlandırıb, hisslərini qamçılayıb     ifa məkanı düzgün seçilməyib.    Ozan o türkünü  dinamik kadrlarda,  döyüş səhnələrində oxusaydı, daha çox effekt verərdi. Üstəgəl, Şəmistan Əlizamanlının geyimi, qrimi o qədər də uğurlu alınmayıb. Hazırda Limon prodakşının  “Savaşçı” serialında da   “Cənab leytenant” mahnısı səsləndiriləcək.  Həmin serialda iki yerli aktyorumuz çıxış edir. Onlar da bu məsələdə diqqətli olsunlar. Təmsil olunuruqsa, layiqli təmsil olunaq.

Bənzər xəbərlər