17 : 46 14 dekabr
   
Redaktorun secimi

Abel Məhərrəmovu kim əvəz edir?

2018-11-16 16:20 Baxılıb:   21

Hazırda Bakı Dövlət Universitetinin rektoru vəzifəsini müvəqqəti olaraq professor Əmrah Dadaşov icra edir.

Milletinsesi.az xəbər verir ki, bu barədə Minval.info məlumat yayıb.

Əmrah Dadaşov 1967-ci ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında, 1968-ci ildən isə universitetin Tarix fakültəsi Ümumi tarix kafedrasında laborant, 1981-ci ildən indiyədək isə Qədim dünya və orta əsrlər tarixi kafedrasında işləyib, kafedranın professorudur Qədim Şərq və Antik tarix fənlərini tədris edib, 100-dən çox məqalənin, 3 monoqrafiyanın, üç kitabın müəllifidir. Rektorluq tərəfindən BDU-nun ictimai-siyasi həyatında fəal iştirak etdiyinə görə 9 dəfə təşəkkür alıb.

Maraqlıdır ki, Ə.Dadaşov prorektor deyil. Bu təyinat BDU-nun 5 prorektorunun da rektorla birgə işdən kənarlaşdırıldığı haqda ötən gün yayılan məlumatı təsdiqləyir.

Qeyd edək ki, A.Məhərrəmov ötən gün Prezident sərəncamı ilə vəzifədən azad edilib.

Bənzər xəbərlər