17 : 47 14 dekabr
   
Mədəniyyət

Rüstəmxanlının rol aldığı “Dəlilər” təqdim olundu - Video

2018-11-22 11:46 Baxılıb:   45

Xalq şairi Sabir Rüstəmxanlının qardaşı oğlu Namiq Rüstəmxanlının da rol aldığı “Dəlilər” filminin təqdimat mərasimi baş tutub.

Milletinsesi.az xəbər verir ki, bu barədə məlumat yayan Sabir Rüstəmxanlı təqdimatın İstanbulun “Emar” alış-veriş mərkəzində baş tutduğunu bildirib.

Onun sözlərinə görə, mərasimə Ankaradan, Bakıdan və Moskvadan qonaqlar qatılıb:

“Dəlilər” filminin möhtəşəm bir təqdimatı oldu. İki mindən çox adam gəlmişdi. İstanbulun sənət aləmi oradaydı. Film doqquz salonda eyni vaxtda göstərildi. Türk tarixinin parlaq bir səhifəsi ekranlaşdırılıb. Qardaşım Mədətin oğlu Namiq Rüstəmxanlının oyunundan qürur duydum. Filmin qəhrəmanlarından biri odur. Sabahdan Türkiyənin bütün kinozallarında filmin nümayişinə başlanacaq. Xeyirli-uğurlu olsun!”

Qeyd edək ki, Türkiyənin “Angel Yapım” şirkətinin istehsalı olan filmdə Osmanlı İmperiyasının dünyanı titrədən ordusunun, öndə gedən mərd döyüşçülərinin qəhrəmanlıqlarından bəhs edilir.

Fikmin dekabrda Bakıda da təqdimatı nəzərdə tutulur.

 

Bənzər xəbərlər