17 : 47 14 dekabr
   
Ölkə içi

Güclü külək binanın damındakı su çənini uçurdu

2018-11-30 16:07 Baxılıb:   27

Bakıda ötən gün əsən güclü külək binanın damında yerləşən su çənini uçurub.   Milletinsesi.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 109-113 ünvanında qeydə alınıb.   Çən binanın önünə, giriş-çıxış olan hissəyə düşüb. Xoşbəxtlikdən həmin vaxt ərazidə heç kim olmayıb.   Qeyd edək ki, ötən gündən paytaxtda əsən güclü külək şəhərin müxtəlif yerlərində fəsadlar yaradıb.   Paytaxtın əsasən, Yasamal və Nəsimi rayonlarında olmaqla ağac aşması ilə bağlı Baki Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinə 76 müraciət daxil olub.

Bənzər xəbərlər