17 : 46 14 dekabr
   
Flaş

Bakıya 18 metr uzunluğunda yeni avtobuslar gətiriləcək

2018-12-01 11:22 Baxılıb:   25

Bakıda ictimai nəqliyyatda ən böyük problemlərdən biri sürücülərlə bağlıdır.

Milletinsesi.az-ın Trend-ə istinadən veridiyi məlumata görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Parlament Jurnalistləri Birliyinin BNA-ya təşkil etdiyi media tur zamanı deyib.

İdarə Heyətinin sədri qeyd edib ki, hazırda çox ciddi sürücü problemi var: "Orta hesabla 1 sürücü 8 saat işləməlidir. Bu, hər avtobus üçün 2.5, 2.7 əmsalında dəyişir. Ancaq daşıyıcılar bu qaydaya əməl etmirlər. Sürücü çatışmazlığı var".

V.Kərimli bildirib ki, sürücülər daşıyıcılar tərəfindən əmək qanunvericiliyinə uyğun idarə olunmur: "Onlar səhər saat 6-dan axşama qədər sükan arxasında olurlar. Sürücülər fiziki olaraq yorulurlar".

Vüsal Kərimli gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcəyini də bildirib.

O qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metr, 20 ədədi isə 18 metr uzunluğundadır.

Agentlik rəhbəri bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq.

Bənzər xəbərlər