17 : 45 14 dekabr
   
İdman

“Qalatasaray” brazilyalı hücumçu alır

2018-12-05 13:12 Baxılıb:   15

“Qalatasaray” Moskva “Lokomotiv”inin futbolçusu Luiz Adrianonu transfer edir.

Milletinsesi.az-ın "Milliyət"ə istinadən yaydığı xəbərə görə, İstanbul klubu ilkin razılıq əldə etdiyi 31 yaşlı hücumçu ilə qış transfer pəncərəsində müqavilə imzalayacaq.

 


Brazilyalı futbolçu üçün “sarı-qırmızılar”ın qarşı tərəfə 4 milyon avro ödəyəcəyi və futbolçu ilə 3 il yarımlıq müqavilə imzalayacağı iddia edilir.

Qeyd edək ki, L. Adriano bu mövsüm Moskva klubunun heyətində 17 oyunda 4 qol vurub, 4  qol ötürməsi verib.

Bənzər xəbərlər