17 : 46 14 dekabr
   
Siyasət

İlham Əliyev 5 sərəncam imzaladı

2018-12-05 17:11 Baxılıb:   29

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şair Alxasovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milletinsesi.az sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şair Balaşərif oğlu Alxasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti Fərhad Abdullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasının məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə Fərhad Sahib oğlu Abdullayev “Şöhrət” ordeni ilə təltif edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:

Cəfərov Nazim Kazım oğlu

Rüstəmov Rəşad Keykavuz oğlu

Səfərov Rizvan Ziyanur oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Həsənova Sahibə Məzahir qızı

Qasımov İsa Vəli oğlu

Mehyəddinov Ənvər Əlistan oğlu

Məmmədova Firuzə Novruz qızı

Pirmətov Fərhad Veysəl oğlu

Vəlibəyli Sevinc Mürsəl qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Məmmədov Novruz Qulu oğlu

Naibov Vidadi Vaqif oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağabala Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Ağabala Şamxal oğlu Hacıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Bənzər xəbərlər