17 : 46 14 dekabr
   
İqtisadiyyat

Azərbaycan və Türkiyə yeni zavod açacaq

2018-12-06 10:10 Baxılıb:   18

Azərbaycan və Türkiyə Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu üçün birgə yük vaqonları istehsal edəcək.

Report xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan bildirib.

"Biz Azərbaycanda BTQ dəmir yolu üçün yük vaqonlarının istehsalı üzrə zavod yaradacağıq", - nazir Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovla görüşdən sonra jurnalistlərə deyib.

"Layihə üzərində işlər, demək olar, yekunlaşıb. Vaqonların zavod yaradılan kimi istehsal olunmasına başlanılacaq", - nazir vurğulayıb.

Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti 2017-ci ildən yük daşımaları həyata keçirməyə başlayıb.

 

Bənzər xəbərlər