17 : 49 14 dekabr
   
Dünya

Dünya iqtisadiyyatına 8 təhdid

2018-12-06 11:11 Baxılıb:   15

“Blumberq” agentliyi gələn il dünya iqtisadiyyatı üçün ən böyük təhdidlərin siyahısını tətbiq edib.

Milletinsesi.az xəbər verir ki, agentlik gələn ilin ən böyük təhdidlərindən birinin ABŞ və Çin arasındakı ticarət müharibəsinin olduğunu bildirib. Bununla bərabər Breksit, neft qiymətləri, eləcə də Kanada, Avstraliya, Argentina, Hindistan, İndoneziya, Cənubi Afrika və Nigeriya kimi ölkələrdəki seçkinin də iqtisadiyyata təsir edəcəyi vurğulanıb.

Daha bir təhdid olaraq analitiklər İtaliya böhranı və ABŞ-İran gərginliyini göstəriblər. Analitiklər həmçinin ABŞ-ın Nümayəndələr Palatasının Demokratlar tərəfindən ələ keçirilməsinin Prezident Donald Trampa zərbə vuracağını, bunun isə dünya iqtisadiyyatına böyük təsirlər yaradacağını qeyd ediblər:

“Bu, iki illik siyasi dalandır. Ona görə də bütün vergi güzəştləri, infrastruktur xərclərinin artırılmasını unudun. Hökumətin qapadılması təhdidlərinə tezliklə hazırlaşın”.

“Blumberq” terrorçuları da iqtisadiyyat üçün təhdid olaraq görüb. Ekspertlərin fikrincə, istənilən cür, hətta kiber hücum iqtisadiyyat üçün ağır nəticələrə gətirib çıxara bilər.

 

Bənzər xəbərlər