17 : 46 14 dekabr
   
İdman

"Neftçi"nin oyunçusu futbola fəhləlikdən gəlib

2018-12-06 13:08 Baxılıb:   13

"Sabah"la oyunda fasiləyə 2 top fərqi ilə və 1 nəfər azlıqda yollandıq. İkinci hissədə hər iki komandadan daha 1 nəfər qırmızı vərəqə aldı və meydanda futbolçuların sayı daha da azaldı".

Qol.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Dario Federiko ölkəsinin mətbuatına açıqlamasında deyib. Topaz Premyer Liqanın 13-cü turunun "Sabah"la oyununda (2:1) 2 nəfər azlıqda qalmalarından danışan futbolçu çempionlğa oynayan komandanın hər bir şəraitdə rəqiblərindən üstün oynamalı olduğunu vurğulayıb:

"Çətinliklə də olsa qələbə qazandıq. Amma əgər çempionluğa oynayırıqsa, azlıqda qaldığımız matçlarda belə rəqiblərimizdən üstün olmalıyıq".

Çempionluq yolunda əsas rəqibləri "Qarabağ"ın ötən həftə Avropa Liqasının qrup mərhələsində evdə "Sportinq"ə 1:6 hesabı ilə uduzmasına da münasibət bildirən 28 yaşlı futbolçu bu nəticənin onları arxayınlaşdırmadığını söyləyib:

"Şübhəsiz ki, belə böyükhesablı məğlubiyyət istənilən komandaya mənfi təsir edər. Ancaq onlar yaxşı bilirlər ki, bunun təsiri altında qalmaq olmaz. Çünki çempionatda mübarizə hələ davam edir. Düşünürəm ki, "Qarabağ" yenidən toparlana biləcək".

Futbola gəlişindən də danışan Dario 18 yaşı olarkən ailəsinin onun qarşısına şərt qoyduğunu bildirib: "Mənə dedilər ki, ya futbolçu olmalısan, ya da özünə başqa iş tapmalısan. Bir neçə ay supermarketdə və tikintidə işlədikdən sonra "Korintians" klubuna qəbul olundum. Bununla da bütün ailəmin xəyallarını gerçəkləşdirdim".

Qeyd edək ki, Federikonun Azərbaycanda ilk klubu "Kəpəz" olub. Braziliyalı yarımmüdafiəçi bu mövsümün əvvəlindən "Neftçi"də çıxış edir.

Bənzər xəbərlər